Mingəçevirdə 77 yaşlı kişi küt alətlə qətlə yetirilib

Mingəçevirdə 77 yaşlı kişi küt alətlə qətlə yetirilib
# 29 fevral 2012 09:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Mingəçevir şəhərində qətl hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də qeydə alınıb. Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurahmanovun küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri şəhər Polis Şöbəsi tərəfindən aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR