Polşalı futbolçu: “Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi”

Polşalı futbolçu: “Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi”
# 14 sentyabr 2012 15:45 (UTC +04:00)
Bakı – apa. “Xəzər Lənkəran”dan aldığım təklif çox cəlbedici idi. Xüsusilə, müqavilənin maliyyə tərəfi. Bu pulu Polşada oynamaqla yalnız 2 klubda əldə etmək olar – “Lex” və “Visla”da. Amma təəssüf ki, keçidim baş tutmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri polşalı futbolçu Lukaş Modey deyib.

2 ay əvvəl “Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirmək istəyinin səbəbini açıqlayıb: “Bu, o demək deyil ki, başqa ölkələrdə pul yoxdur. Kiprdə də, Yunanıstanda da yaxşı pul verirlər. Mən öz ölkəsinin top-komandalarından olan bir klubda oynamaq istəyirdim. Yəni avrokuboklara iddialı olan, hər dəfə qitə arenasına çıxan və daxili arenada iddiası olan 1 klubda oynamaq istəyirdim. Bu üzdən də “Xəzər Lənkəran”la danışıqlar aparırdım. Çünki “Xəzər Lənkəran” məhz belə komandadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR