Poroşenko Aİ Şurasının prezidenti ilə viza rejiminin ləğvini müzakirə edib

Poroşenko Aİ Şurasının prezidenti ilə viza rejiminin ləğvini müzakirə edib
# 27 aprel 2016 00:41 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı Aİ-nin Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiqi məsələsini müzakirə edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, Poroşenko və Tusk yaxın perspektivdə yüksək səviyyədə keçiriləcək siyasi dialoq tədbirlərinin hazırlıq prosesini müzakirə ediblər.

Məlumatda qeyd olunub ki, Tusk Aİ-nin Ukrayna ilə həmrəy olduğunu təsdiqləyib və Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası aprelin 20-də Ukraynanı Aİ ilə vizasız rejimin tətbiq edildiyi ölkələrin siyahısına daxil etməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR