Odessada silahlı hücum nəticəsində iki operator və müxbir yaralanıb

Odessada silahlı hücum nəticəsində iki operator və müxbir yaralanıb
# 03 may 2016 22:15 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Yeddinci Kanal” telekanalının çəkiliş qrupu Odessada redaksiyanın qarşısında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə telekanaldan verilən açıqlamada bildirilir.

Hücum zamanı iki operator və müxbir yaralanıb, onlardan biri isə daha sonra döyülüb.

Məlumata görə, hücum edən şəxslər tüfəng və travmatik tapançalardan istifadə ediblər.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlarda müxtəlif sınıq və güllə yaralarının olduğu müəyyən edilib.

Son məlumata görə, jurnalistlərə hücum edən şəxslər artıq saxlanılıb. İnsidentin müxbirlərin yol qəzasını lentə alan zaman baş verdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR