Həmyerlisini qətlə yetirən Yardımlı sakini barədə zərərçəkmişin apellyasiya şikayəti qismən təmin edilib

Həmyerlisini qətlə yetirən Yardımlı sakini barədə zərərçəkmişin apellyasiya şikayəti qismən təmin edilib
# 29 iyul 2016 14:46 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya məhkəməsində qətldə təqsirləndirilən Yardımlı rayon sakininə qarşı zərərçəkmiş tərəfin maddi təzmiat ödənməsi barədə verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qətldə təqsirləndirilən Yardımlı rayonun Perimbel kənd sakini, 1993-cü il təvəllüdlü Rzazadə Firuz Ziyad oğluna qarşı qətlə yetirilən şəxsin hüquqi varisinin mülki iddiası əsasında verdiyi apellyasiya şikayəti qismən təmin edilib. Zərərçəkmiş tərəfin tələb etdiyi maddi təzminatın bir hissəsinin ödənilməsi barədə qərar qəbul olunub.

Təqsirləndirilən barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Yardımlı rayonun Perimbel kəndində 1993-cü il təvəllüdlü Rzazadə Firuz Ziyad oğlu qısqanclıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Xurşudov Vüqar Miqyas oğlunu güllələyərək öldürüb. Məlumata görə, Vüqar Xurşudov bir neçə il bundan əvvəl rayonda Firuz Rzazadənin bacısı ilə qeyri-rəsmi nikahda yaşayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rzazadə Firuz Ziyad oğlunu Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə təqsirli bilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR