Azərbaycan hökuməti iki yeni qanunun qəbuluna səy göstərəcəyi barədə öhdəlik götürüb

Azərbaycan hökuməti iki yeni qanunun qəbuluna səy göstərəcəyi barədə öhdəlik götürüb
# 21 aprel 2016 07:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan hökuməti 2016-2017-ci illərdə iki yeni qanunun qəbuluna səy göstərəcəyi ilə bağlı üzərinə öhdəlik götürüb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanan Baş Kollektiv Sazişdə tapıb. Bunlardan biri “İçməli su, onun təchizatı və keyfiyyəti barədə” qanundur. Hökumətin iki il ərzində qəbuluna səy göstərəcəyi digər qanun isə Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” qanundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR