Monteneqroda Azərbaycan bankı fəaliyyətə başlayır

Monteneqroda Azərbaycan bankı fəaliyyətə başlayır
# 27 fevral 2016 08:51 (UTC +04:00)

Bakı - APA-Economics. Monteneqronun Mərkəzi Bankı "Azmont Bank"a bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib. "APA-Economics" Monteneqro mətbuatına istinadən xəbər verir ki, bu, ölkə ərazisində fəaliyyət göstərən 15-ci bank olacaq.

Bank "Azmont Investments" layihəsinin azərbaycanlı investoru və "Azerbaijan Global Investments" (AGI) şirkəti tərəfindən təsis edilib.

"Azmont Bank" Kumbor kurort zonasında yerləşən "Portonovi" kompleksinin maliyyələşdirilməsini həyata keçirəcək.

Yerli KİV yazır ki, AGI maliyyə sektorunda böyük iş təcrübəsinə malikdir. Onun strategiyası Azərbaycandan kənarda investisiya layihələrinin reallaşdırılmasından ibarətdir.

Qeyd edək ki, "Portonovi" Monteneqro ərazisində ən iri kurort komplekslərindən biridir. Bura "One&Only" otel kompleksi, iqamətgahlar, villalar və evlər, mağazalar, restoranlar, SPA mərkəzi, yaxtalar üçün liman daxildir. Kompleksin 2018-ci ildə istismara verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR