European Policy Centre: Cənubi Qafqazda vəziyyətin qarışıq olmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir

European Policy Centre: Cənubi Qafqazda vəziyyətin qarışıq olmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir
# 15 fevral 2016 09:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Avropa Siyasi Mərkəzi (European Policy Centre) adlı beyin mərkəzinin eksperti Amanda Pol “New Europe” nəşrinə müsahibəsində deyib.

A. Pol bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı arzulanan formada fəaliyyət göstərməsə də, o hələ bitməyib və bu təşəbbüsün funksionallaşdırılması istiqamətində nümayiş etdirilən siyasi iradə üstün gələcək.

Yaranmış çıxılmaz vəziyyətin səbəblərindən biri Rusiyanın reaksiyasını göstərən ekspert “Şərq tərəfdaşlığı”na daxil olan 6 ölkənin əməkdaşlıq etməməsinin mövcud durumla bağlı həqiqi mənzərəni əks etdirmədiyini bildirib. “Bəzi ölkələr arasında əməkdaşlıq mövcuddur. Ukrayna və Moldovanın transsərhəd cinayətkarlığı kimi ümumi problemi var və onlar Dnestryanı nizamlanmasında əməkdaşlıq edir, ticarət və siyasi əlaqələri var. Cənubi Qafqazda isə vəziyyətin daha qarışıq şahidi oluruq. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan və Azərbaycan ümumiyyətlə əlaqələr qurmur, bu isə Gürcüstanın vəziyyətini çətinləşdirir. Lakin bildiyimə görə Belarusun bütün tərəfdaş ölkələrlə əlaqələri mövcuddur”, - deyə o qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR