Bir sıra ölkələrin nazir müavinləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda qatılacaq

Bir sıra ölkələrin nazir müavinləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda qatılacaq
# 23 aprel 2016 16:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bir sıra ölkələrin nazir müavinləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Marat Azilxanov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması nazirinin müavini Levan Xaratişvili, Qırğızıstanın mədəniyyət və turizm nazirinin müavini Marat Zamankulov, Misirin BMT Məsələləri üzrə xarici işlər nazirinin müavini Amr Aljovayli, İndoneziya xarici işlər nazirinin müavini Abdurrahman Façir, Albaniya xarici işlər nazirinin müavini Halil Huseni 25-27 aprel tarixlərində Bakıdakı tədbirə qatılacaqlar.

Tədbir çərçivəsində BMT SA Gənclər tədbiri, Biznes Simpozium, Nifrət Nitqinə “Yox” Hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi, Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər, Vətəndaş cəmiyyəti və biznes: Sülh, Təhlükəsizlik və Davamlı inkişaf naminə birgə fəaliyyət və digər mövzularda seminarlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR