İmişlidə yaşayış evində yanğın olub

İmişlidə yaşayış evində yanğın olub
# 11 may 2016 16:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İmişli şəhərində yaşayış evində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR