Gəncədə 3 piyadanı vuran sürücü saxlanılıb - YENİLƏNİB - VİDEO

Gəncədə 3 piyadanı vuran sürücü saxlanılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2015 09:56 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhərinin Heydər Əliyev prospektində yolu keçmək istəyən 3 piyadanı - 1990-cı il təvəllüdlü Eşqin Məmmədov onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyovanın Gəncə şəhər sakini Fərid Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulduğu aşkarlanıb.

Sürücü saxlanılıb.

Qeyd edək ki, qəza zamanı müxtəlif bədən xəsarətləri alan şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlarda dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

00.56

Gəncə. Azər Məmmədli – APA.Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dəmir Yol Vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Eşqin Məmmədov onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyova yolu keçmək istəyərkən hələ ki, markası məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR