Rusiyada 14 nəfərin ölümünə səbəb olan qanunsuz araq biznesinin təşkilində şübhəli bilinən azərbaycanlı saxlanılıb

Rusiyada 14 nəfərin ölümünə səbəb olan qanunsuz araq biznesinin təşkilində şübhəli bilinən azərbaycanlı saxlanılıb
# 04 dekabr 2015 09:10 (UTC +04:00)

APA-nın Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 28 yaşlı həmyerlimiz saxta içkidən kütləvi ölüm halları ilə bağlı cinayət işi çərçivəsində tutulub.

Qeyri-qanuni araq biznesinin təşkilində şübhəli bilinən azərbaycanlı əməliyyat zamanı polisdən qaçmağa cəhd etsə də, bu ona nəsib olmayıb. Hazırda istintaq onun baş verənlərdə rolunu araşdırır.

Qeyd edək ki, Moskvanın şimalında keçirilən xüsusi əməliyyat zamanı polis əməkdaşları surroqat spirtli içki ilə dolu 160 min şüşə müsadirə ediblər. Həmin anbardan spirtli içkilər Moskva ətrafındakı ticarət mərkəzlərinə göndərilirmiş.

Xatırladaq ki, noyabr ayında Çuvaşiya, Orenburq, Moskva və Kursk vilayətlərində saxta spirtli içkilərdən zəhərlənmə halları qeydə alınıb. Təkcə Krasnoyarsk diyarında saxta araqdan 14 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR