Natiq Əliyev: "Cənub Qaz Dəhlizinə Avropa İttifaqı və ABŞ tərəfindən böyük dəstək var"

Natiq Əliyev: "Cənub Qaz Dəhlizinə Avropa İttifaqı və ABŞ tərəfindən böyük dəstək var"
# 29 fevral 2016 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Cənub Qaz Dəhlizi qısamüddətli layihə deyil". "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak qlobal iqtisadi böhranın Cənub Qaz Dəhlizi layihəsinə təsiri edib-etməyəcəyinə dair suala cavab verərkən bildirib.

"Biz Azərbaycanla birgə bu layihənin təməlini qoyduq. Bu layihənin altından imzamızı atarkən, bu işdə qərarlı olduğumuzu göstərmişik", - deyə nazir bildirib.

Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirib ki, Cənub Qaz Dəhlizi strateji layihədir və onun reallaşması üçün tərəflər əlindən gələni əsirgəməyəcək: "Əgər layihələrdən birində gecikmə olarsa, bu, bütövlükdə Cənub Qaz Dəhlizinin yubanmasına səbəb olacaq. Bu layihəyə ümumilikdə 45 mlrd. dollardan çox vəsait yatırılacaq. Azərbaycan tərəfi bu layihənin həyata keçirilməsində heç bir problem görmür. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, Avropa üçün də strateji əhəmiyyətə malik olan layihədir. Bu layihəyə Avropa İttifaqı və ABŞ tərəfindən böyük dəstək var. Bu gün keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasında geniş müzakirələr aparılıb. İclasın gündəliyi olduqca geniş olub. Biz hər bir ölkənin gördüyü və görəcəyi işlər, qarşıda duran çətinliklər barədə müzakirə aparmışıq".

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviç bildirib ki, neftin kəskin ucuzlaşmasına baxmayaraq, Cənub Qaz Dəhlizini reallaşdıran ölkələr öz öhdəliklərini vaxtında icra edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR