Dövlət departamenti Kirbinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhində düzəliş edib

Dövlət departamenti Kirbinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhində düzəliş edib
# 22 aprel 2016 09:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ABŞ Dövlət departamentinin saytında mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib.

APA-nın xəbərinə görə, əvvəlki versiyada Con Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.

“Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq danışıqlar prosesinə qayıdışın vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.

Yuxarıda qeyd edilən şərhdə düzəliş edilib və BMT əvəzinə ATƏT əlavə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR