Bakı. Cavid Zeynallı – APA. Azərbaycan üç il müddətinə İSESCO-nun Baş Konfransına sədr seçilib.
APA-nın məlumatına görə, bu barədə qərar İSESCO-nun Bakıda keçirilən Baş Konfransının 12-ci sessiyasında qəbul edilib.
Azərbaycanın adından müvafiq sədrlik mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tərəfindən həyata keçiriləcək.
Konfransda Səudiyyə Ərəbistanı təmsilçisi sədrliyi Ə. Qarayevə təhvil verib.