Abdullah Gül: “Çevrilişə hazırlıq bir günlük, bir həftəlik iş deyil”

Abdullah Gül: “Çevrilişə hazırlıq bir günlük, bir həftəlik iş deyil”
# 16 iyul 2016 15:22 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Bu işin bir günlük, bir həftəlik olmadığı açıq-aşkardır”.

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdullah Gül deyib.

“Hərbi çevrilişə cəhd edən xunta silahlı qüvvələrdə uzun müddət fəaliyyət göstərib, yoxsa yaxın keçmişdə yaradılaraq 15 iyulda hərəkətə keçib? Bu xuntanın varlığından necə xəbərdar olunmayıb? Bununla bağlı nə deyə bilərsiniz?” - sualına keçmiş prezident belə cavab verib:

“Əslində gördüyünüz kimi, işin mahiyyəti tam şəkildə ortaya çıxarılmayıb. Ciddi araşdırma gedir. Səlahiyyətli şəxslər açıqlayacaqlar, mənim öz bildiklərimi açıqlamağım doğru olmaz. Bir günlük, bir həftəlik iş olmadığı açıq-aşkardır. Sabahdan başlayaraq hər şey 100% nəzarət altına keçəndən və qayda-qanunlar nöqsansız şəkildə işləməyə başlayandan sonra həssaslıqla lazımi təhqiqatlar aparılacaq. Bütün suallara Konstitusiya və qanunlar çərçivəsində cavab tapıldıqdan sonra suçu olan insanlar türk ədalətinin önünə çıxarılacaqdır. Buna heç bir şübhəm yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR