Siyəzəndə məktəbin ərazisindəki yeməkxanada yanğın olub

Siyəzəndə məktəbin ərazisindəki yeməkxanada yanğın olub
# 23 may 2016 10:15 (UTC +04:00)

Bakı - APA. Siyəzən şəhərində Təhsil Nazirliyinə məxsus 2 saylı orta məktəbin ərazisində tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yeməkxananın mətbəxində 5 litrlik qaz balonunda alışma baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə mətbəx əşyaları və mətbəxin tavanı 12 kv.m sahədə yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR