Səfir: “Misir-Azərbaycan turizm əlaqələrinin inkişafı ilə bağlı təşəbbüslərə dəstək verəcəyik”

Səfir: “Misir-Azərbaycan turizm əlaqələrinin inkişafı ilə bağlı təşəbbüslərə dəstək verəcəyik”
# 16 may 2016 09:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Misirin Azərbaycandakı səfirliyi Misir- Azərbaycan turizm əlaqələrinin inkişafı ilə bağlı təşəbbüslərə dəstək verəcək”.

APA-nın xəbərinə görə, bunu Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Nuh Azərbaycanda səfərdə olan Misir Turizm İdarəsi və Misir Otelyerlər Assosiasiyasının rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, Misirdən Azərbaycana gələn nümayəndə heyətinin əsas məqsədi iki ölkə arasındakı turizm əlaqələrini inkişaf etdirməkdir: “Ümid edirik ki, bu əlaqələr gələcəkdə də inkişaf edəcək”.

Turizm sektorunun istənilən ölkənin inkişafında ən mühüm meyarlardan biri olduğunu deyən diplomat Misirin Azərbaycandakı səfirliyinin bu təşəbbüslərə dəstək verəcəyini bildirib.

Misir Turizm İdarəsinin planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şukri isə deyib ki, Misir Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyir. “Hədəfimiz təkcə azərbaycanlı turistlərin Misirə getməsi deyil, həm də Misirdən Azərbaycana çoxlu sayda turistlərin gəlməsidir. Misir qonaqpərvər ölkə olaraq istərdi ki, Azərbaycan turistləri bu fürsətdən yararlansınlar”.

Ə. Şukri onu da əlavə edib edib ki, bu ilin martın 29-da Misir prezidenti Əbdül Fəttah əl Sisi Azərbaycan prezidenti İlham Əliyevi Misirə səfərə dəvət edib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə həm də Misirin Praqadakı Turizm İdarəsinin rəhbəri Məhəmməd Desuki, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub, Misir Turizm Federasiyası Palatasının nümayəndələri Əli Qonaym, Adel əl-Haqar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR