Bakıda restoranda baş verən atışmada yaralanan şəxslərin adları məlum olub

Bakıda restoranda baş verən atışmada yaralanan şəxslərin adları məlum olub
# 22 aprel 2016 08:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, məlum hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR