MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının vaxtı məlum olub

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının vaxtı məlum olub
# 15 avqust 2016 13:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası noyabrda Moskvada baş tutacaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunları ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovu həmin toplantıya və 6-11 sentyabr tarixlərində Moskva yaxınlığındakı “Patriot” parkında baş tutacaq “Ordu-2016” Beynəlxalq hərbi-texniki forumuna dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR