Türkiyə-Suriya sərhədində partlayış olub, 44 nəfər ölüb, 140 nəfər yaralanıb

Türkiyə-Suriya sərhədində partlayış olub, 44 nəfər ölüb, 140 nəfər yaralanıb
# 27 iyul 2016 11:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyə-Suriya sərhədində, Suriyanın şimal-şərqində yerləşən Haseke vilayətinin Kamışlı qəsəbəsində güclü partlayış baş verib. APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, Kamışlı qəsəbəsində Hilal qovşağı yolunda PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin qərargahının yaxınlığında bomba yüklü avtomobil partladılıb.

“Röyters”in məlumatına görə, hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Suriya dövlət agentliyi - SANA-nın yaydığı xəbərə görə, partlayış nəticəsində 44 nəfərin öldüyü, 140 nəfərin isə yaralandığı bildirilib. Eyni zamanda, partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR