Tovuzda 6 yaşlı uşaq qoşqudan yıxılaraq ölüb

Tovuzda 6 yaşlı uşaq qoşqudan yıxılaraq ölüb
# 18 may 2016 13:36 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini 6 yaşlı Elşad Sənan oğlu Rzayev həyətdə saxlanılan avtomobil qoşqusu üzərindən yıxılaraq dünyasını dəyişib.

6 yaşlı uşağın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR