"Texnikabank"ın əmanətçiləri ərizələrini "Rabitəbank"ın filiallarına təqdim edə bilərlər

"Texnikabank"ın əmanətçiləri ərizələrini "Rabitəbank"ın filiallarına təqdim edə bilərlər
# 16 fevral 2016 07:30 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin fevralın 12-dən etibarən "Rabitəbank" ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Texnikabank" ASC-nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişləri üçün agent bank seçilib.

"Rabitəbank"dan "APA-Economics"ə verilən məlumata görə, adıçəkilən bank "Texnikabank"ın əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişlərini Bakı şəhərində fəaliyyət göstərən filiallarında həyata keçirir.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Texnikabank" ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən "Rabitəbank"ın filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilər.

“Texnikabank” ASC

“Rabitəbank” ASC

Məlumat mərkəzi 133 info xətt

1

Bayıl Filialı Səbail r.,

Mərkəzi filialı

492 57 61

2

Nəsimi filialı

3

Səbail filialı

4

Paytaxt fililalı

Sahil filialı

465 59 35

5

Proqress filialı

6

Muğan filialı

7

Nizami filialı

Nizami filialı

570 73 47

Ətraflı məlumatı "Rabitəbank"ın 133 nömrəli məlumat mərkəzinə zəng edərək eldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR