Sumqayıtda ərzaq mağazası yanıb

Sumqayıtda ərzaq mağazası yanıb
# 22 aprel 2016 06:52 (UTC +04:00)

Bakı – APA. Bu gecə Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının taxta üzlüyü, içərisindəki ərzaq malları və 1 ədəd kondisioner yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadəb verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:58-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR