Azərbaycanda qızıl istehsalı 14%-dən çox azalıb

Azərbaycanda qızıl istehsalı 14%-dən çox azalıb
# 19 sentyabr 2016 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 293,4 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci səkkiz ayı ilə müqayisədə 14,4% azdır. Nəticədə bu ilin sentyabrın 1-ə 39,2 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 8 ayı ərzində ölkədə 252,9 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 4 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-ə 16,9 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR