Evelin Farkas: “Hәll olunmamış münaqişәlәr ABŞ hökumətini narahat edir”

Evelin Farkas: “Hәll olunmamış münaqişәlәr ABŞ hökumətini narahat edir”
# 18 sentyabr 2015 16:54 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. "ABŞ Müdafiә Katibliyi vә hökumәti olaraq hәll olunmamış münaqişәlәr bizi narahat edir”.

APA-nın mәlumatına görә, bunu Bakıda səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkas deyib.

O bildirib ki, Azәrbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı mәsәlәlərlә gündәlik mәşğul olur: "Tәəssüf ki, bütün bu münaqişәlәrin ortaq cәhәti var - güc tәtbiqi vә bu vaxtadək effektiv olmayan sәylәr vә fәaliyyәtlәr. Bu istiqamətdə yürütdüyümüz siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. Birləşmiş Ştatlar region xalqları üçün münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həlli olunması məqsədilə daha fəal və yaradıcı olmağın yollarını axtarır”.

E. Farkasın sözlərinə görə, Suriyadakı münaqişә vә onun nәticәsindә qaçqınların Avropaya axını göstərir ki, insanlara yaxşı gәlәcәk, hәyat vermәk üçün daha çox səylər göstərilməlidir: “Mәnim valideynlәrim dә qaçqın olublar vә Birlәşmiş Ştatlarda mәskunlaşıblar. Hәr zaman bu mәsәlәni diqqәtdә saxlayırıq".

Pentaqon rәsmisi Rusiya sülhmәramlılarının Dağlıq Qarabağda yerlәşdirilmәsi mәsәlәsinә dә toxunub: "Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir. Bu proses Azәrbaycan vә Ermәnistan hökumәtlәri ilә birlikdә hәyata keçirilir. Belә bir plan olsa, Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilәcәk".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR