Ötən ay Naxçıvanda hava xətti ilə 18 minə yaxın sərnişin daşınıb

Ötən ay Naxçıvanda hava xətti ilə 18 minə yaxın sərnişin daşınıb
# 14 may 2016 09:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Naxçıvan Muxtar Respublikasında cari ilin aprel ayı ərzində yerli hava xətti ilə 17 min 854 sərnişin, 274 min 502 kiloqram baqaj, 57 min 869 kiloqram yük və 2 min 490 kiloqram poçt daşınıb.

APA-Economics” xəbər verir ki, beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 256 sərnişin, 4 min 389 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 400 sərnişin və 3 min 646 kiloqram baqaj daşınıb.

Ötən ay aerovağzal binasında yenidənqurma işləri davam etdirilib, teleskopik traplara, nəzarət müşahidə kameralarına, X-Ray avadanlıqları və kompüterlərə texniki baxış keçirilib, nasazlıqlar vaxtında aradan qaldırılıb. Həmçinin aerodrom ərazisində cari təmir işləri görülüb, elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, hava gəmilərinə texniki baxış keçirilib, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib.

Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər yay mövsümünə hazırlanıb, onların işlək vəziyyətdə olması diqqətdə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR