İran əczaçılıq şirkətinin Azərbaycanla əməkdaşlıq təklifləri müzakirə edilib

İran əczaçılıq şirkətinin Azərbaycanla əməkdaşlıq təklifləri müzakirə edilib
# 29 fevral 2016 15:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın “Darou pakhsh” şirkətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR