Bakıda civə alverində təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

 Bakıda civə alverində təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 23 aprel 2016 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - Bakı Apellyasiya Məhkəməsində civə alverində təqsirləndirilən Barat Şirinovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən tutulub. O, Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Şirinov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR