Bərdədə maskalıların evə basqın etməsi faktı üzrə saxlanılanlar var

Bərdədə maskalıların evə basqın etməsi faktı üzrə saxlanılanlar var
# 26 fevral 2016 09:32 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda evə basqın edərək xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparılması faktına görə saxlanılanlar var.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, saxlanılan şəxslərin mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilir.

Onlar rayon ərazisindən kənarda tutulublar.

Qeyd edək ki, bir neçə gün əvvəl gecə saatlarında Bərdə rayonunun Soğanverdilər kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evində girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb, əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar. V. Bayramov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Evdən ümumilikdə 6 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıldığı bildirilir.

Hadisədən dərhal sonra maskalı şəxslərdən birinin saxlanıldığı açıqlanıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, evə basqın edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR