Nazir: “CQD-nin tamamlanması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir”

Nazir: “CQD-nin tamamlanması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir”
# 23 may 2016 13:35 (UTC +04:00)

Bakı – APA. “Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin (CQD) tamamlanmasının əhəmiyyətini bir daha təsdiq edib. Bu möhtəşəm layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq”.


APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

Nəqliyyat sahəsində istifadə olunmamış böyük potensialın olduğunu deyən nazir qeyd edib ki, Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir: “Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaq. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR