SKMF Bərdədə sahibkarlara 1,6 mln. manat kredit verib

SKMF Bərdədə sahibkarlara 1,6 mln. manat kredit verib
# 03 mart 2016 11:37 (UTC +04:00)

Bərdə. Habil Məmmədov - APA. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı ilin ilk işgüzar forumunu Bərdə rayonunun Türkmən kəndində keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in, 3 ulduzlu otelin, cins heyvandarlıq və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilən kreditlər əsasən heyvandarlıq, biyan kökü istehsalı və emalı və s. sahələrin inkişafına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR