Biləsuvarda kartof, Bakıda isə limon oğurlayan şəxslər saxlanılıb

Biləsuvarda kartof, Bakıda isə limon oğurlayan şəxslər saxlanılıb
# 27 fevral 2016 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvarda kartof, Bakıda isə limon oğurlayan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon sakini Mahir Niftiyevə məxsus 2 ton kartofu oğurlamış həmyerlisi Habil Abdalzadə tutulub.

Fevralın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində isə Bakı şəhər sakini Məzahir Kərimova məxsus 14 qutu limonu oğurlamağa cəhd göstərmiş Astara rayon sakini Rəsul Qafarlı Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və 10-cu PB-nə təhvil verilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR