Ötən il özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərin sayı açıqlanıb

Ötən il özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərin sayı açıqlanıb
# 26 fevral 2016 09:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq, 2015-ci ildə ümumilikdə kiçik özəlləşdirmə formasında 500-dən çox kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bundan başqa, 470 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Səhmlərin satışı üzrə keçirilmiş pul hərraclarında 19, investisiya müsabiqələri vasitəsilə isə 5 səhmdar cəmiyyətinin səhmləri satılıb. Dövlət müəssisələrinin bazasında yaradılmış 10 səhmdar cəmiyyətinə idarə heyətinin sədri təyin olunub, 46 səhmdar cəmiyyətində səhmdarların birinci ümumi yığıncağının keçirilməsi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR