Milli Şuranın mitinqində saxlanılanlara inzibati həbs cəzası verilib

Milli Şuranın mitinqində saxlanılanlara inzibati həbs cəzası verilib
# 19 sentyabr 2016 16:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra ictimai asayişi pozmaqda ittiham edilərək saxlanılan şəxslərə inzibati həbs cəzası verilib.

APA-nın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər - Toğrul İbrahim, Kazım İmanov, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı, Araz Səməd, Məmməd Baləməmmədov, Şəmistan Şahverdiyev və Dəyanət Əliyev 8 sutka inzibati həbs cəzası alıblar.

Nurlan Sarıyev isə 200 manat cərimə olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, mitinqdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərə yol veriblər. Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan bəziləri isə elə həmin gün sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR