Özbəkistan Sərhəd Qoşunlarının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Özbəkistan Sərhəd Qoşunlarının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
# 23 dekabr 2015 06:52 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidməti sədrinin müavini - Sərhəd Qoşunlarının Komandanı, general-mayor Eminjanov Rustam Olimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan DSX və Özbəkistan Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlanması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Bununla yanaşı, tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd olunub, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akade­miyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR