Oğuzda 11-ci sinif şagirdini maşın vurub

Oğuzda 11-ci sinif şagirdini maşın vurub
# 23 fevral 2016 20:51 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Oğuzda 11-ci sinif şagirdini maşın vurub.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 23-ü axşam saatlarında Oğuz şəhəri M. Müşfiq küçəsi ev 8 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Validə Məlikşo qızı Səlimova ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Aparılan müayinə və araşdırma zamanı məlum olub ki, Oğuz şəhərindəki məktəblərin birində 11-ci sinif şagirdi, 17 yaşlı V. Səlimova repetitor yanında hazırlıqdan evə qayıdarkən, onu avtomobil vurub. Nəticədə V. Səlimova ağır kəllə-beyin travması alıb.

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz şəhər sakini, Aqil Asim oğlu Əzizov idarə etdiyi “BMV” markalı, 10 BM 711 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada V. Səlimovanı vurub.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR