Lilldə 12 rusiyalı azarkeş saxlanılıb

Lilldə 12 rusiyalı azarkeş saxlanılıb
# 15 iyun 2016 23:08 (UTC +04:00)

Bakı-APA. Fransanın Lill şəhərində 12 rusiyalı azarkeş saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nor-Pa-de-Kale regionunun prefekti bildirib.

“Ümumilikdə, iyunun 15-də Lill şəhərində Rusiya, İngiltərə və Uelsdən olan futbol fanatları arasında baş verən toqquşmalar nəticəsində 27 nəfər saxlanılıb, onlardan 12-si Rusiya vətəndaşlarıdır. Saxlanılanların cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə dair yaxın 1-2 gündə qərar veriləcək”, deyə prefekt bildirib.

Marseldə, Rusiya-İngiltərə oyunundan əvvəl baş verən iğtişaşlara görə isə 20 Rusiya vətəndaşı Fransadan deportasiya olunacaq.

Xatırladaq ki, iyunun 10-da Fransada futbol üzrə XV Avropa çempionatı start götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR