SOCAR: İranın xarici şirkətlərə təqdim etdiyi yataqlar mübahisəli ərazilərdə yerləşmir

SOCAR: İranın xarici şirkətlərə təqdim etdiyi yataqlar mübahisəli ərazilərdə yerləşmir
# 01 dekabr 2015 11:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Xəzərin İran sektorunda 4 yataqlar bloku var. Əsas məsələ odur ki, işlənməsi xarici şirkətlərə təqdim olunan yataqlar mübahisəli ərazilərdə yerləşmir”.

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadə bildirib ki, bu məsələdə müəyyən tərəflər spekulyasiya ilə məşğuldur: "Bu, şayiədir. Qonşu ölkə tərəfindən investorlara təqdim olunan yataqlar İranın ərazisidir. Bu yataqlar blokunun bizə aidiyyatı yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR