ARDNF 28 banka 49,4 mln. dollar satıb

ARDNF 28 banka 49,4 mln. dollar satıb
# 04 avqust 2016 10:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 49,4 mln. dollar məbləğində vəsait 28 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR