Nigeriyada “Chevron” şirkətinə məxsus neft quyusu partladılıb

Nigeriyada “Chevron” şirkətinə məxsus neft quyusu partladılıb
# 13 may 2016 23:07 (UTC +04:00)

Bakı-APA. Nigeriyada ABŞ-ın “Chevron” şirkətinə məxsus neft quyusu partladılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, insident Varri şəhəri, “Marakaba” neft kəməri yaxınlığında baş verib.

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması məlum deyil. Bu, son günlər ərzində “Chevron” şirkətinə məxsus neft obyektinə qarşı edilən sayca ikinci hücumdur. Təhlükəsizlik məqsədi ilə regionda yerləşən müəssisələrin əməkdaşları təxliyə olunub.

Qeyd edək ki, “Chevron” ABŞ-ın sayca ikinci ən nəhəng neft şirkətidir. Korporasiya 180-dən çox ölkədə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR