İmişli rayon Təhsil şöbəsi və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında yoxlama aparılıb

İmişli rayon Təhsil şöbəsi və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında yoxlama aparılıb
# 27 may 2016 14:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən İmişli rayon Təhsil şöbəsinə və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR