İstirahət günlərində baş verən yol qəzalarında 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb

İstirahət günlərində baş verən yol qəzalarında 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb
# 25 aprel 2016 11:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İstirahət günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 23-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Aprelin 24-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR