Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu ABŞ-da görüşü keçirilə bilər

Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu ABŞ-da görüşü keçirilə bilər
# 18 mart 2016 10:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR