"Expressbank" qadınlara pulsuz kartlar verir

"Expressbank" qadınlara pulsuz kartlar verir
# 29 fevral 2016 07:34 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xüsusi aksiya təqdim edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, aksiya çərçivəsində 1-7 mart tarixlərində "Expressbank"ın kartları xanımlara pulsuz verilir.

Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Visa Electron / Maestro, Visa Classic / MasterCard Standard və ya Visa Gold / MasterCard Gold kartlarını pulsuz əldə edə bilər. Kartlar 1 il müddətinə verilir.

"Expressbank" kartlarına vəsaiti "ExpressPay" terminalları vasitəsilə komissiyasız mədaxil etmək mümkündür.

"Expressbank" geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

"Expressbank"ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 400-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR