Beyrutda törədilən terror aktlarının təşkilatçısı saxlanılıb

Beyrutda törədilən terror aktlarının təşkilatçısı saxlanılıb
# 13 dekabr 2015 04:53 (UTC +04:00)

Bakı-APA. Livanın xüsusi xidmət orqanlarının əməkdaşları noyabrın 12-də Beyrutun ətrafında törədilən terror aktlarını planlaşdırmış İŞİD-in ölkədəki diversiya dəstəsinin başçısı Bilal Əl Bakkarı saxlayıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Manar” nəşri məlumat yayıb.

Məlumata görə, diversiya qruplarından biri ölkənin şimal bölgəsinə gedən Beyrut – Tripoli magistral yolunun tuneldən keçən hissəsini partlatmağı planlaşdırırmış.

“İmam Hüseyn” məscidində törədilən partlayışlardan sonra keçirilmiş xüsusi əməliyyat çərçivəsində 19 təhlükəli terrorçu saxlanılıb, onların ölkənin şimalında “islam əmirliyi”nin yaradılması planının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR