Zərdab rayon sakini intihar edib

Zərdab rayon sakini intihar edib
# 09 mart 2016 13:35 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayon sakini intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün gündüz saatlarında rayonun Məlikli kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Yaşar Müzlü oğlu Həsənov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Məlumata görə, mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyib. Səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR