Suriyada BMT-nin humanitar karvanı atəşə tutulub

Suriyada BMT-nin humanitar karvanı atəşə tutulub
# 20 sentyabr 2016 00:26 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hələb şəhərinə humanitar yardım aparan avtomobil karvanı atəşə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“Hələbə göndərilən humanitar karvan atəşə tutulub. Hazırda hadisənin detalları araşdırılır”, deyə F.Haq bildirib.

“Anadolu” agentliyinin məlumatına görə, avtomobil karvanını Suriya ordusuna məxsus helikopterlər atəşə tutub. Hadisə nəticəsində 12 nəfərin öldüyü, 18-in yaralandığı, 20 yük maşının yandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR