Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər
# 05 oktyabr 2016 15:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bir qrup deputatı oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.

Deputatlar müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər. Səfər oktyabrın 10-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR