ABŞ və Avropa fond bazarında əsas səhmlər yenidən bahalaşıb

ABŞ və Avropa fond bazarında əsas səhmlər yenidən bahalaşıb
# 06 avqust 2016 08:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,04% - 18 543,53 bəndədək, S&P 500 0,86% - 2 182,87 bəndədək, NASDAQ 1,06% - 5 221,12 bəndədək artıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,79% - 6 793,47 bəndədək, Fransa CAC-40-ı 1,49% - 4 410,55 bəndədək, Almaniya DAX-ı 1,36% - 10 367,21 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 23 dollar ucuzlaşaraq 1 344,40 dollara, gümüş isə 0,09 dollar azalaraq 19,73 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR